Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka ərzində 73 halda yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçiriblər.
FHN-in mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas olunub.
Ümumilikdə, nazirliyin qüvvələri ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 11 nəfəri xilas edib, 1 nəfərin cəsədini aidiyyəti üzrə təhvil veriblər.
DOĞRU.AZ