İyunun 21-də riyaziyyat fənni üzrə keçirilən sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərdən 38-i maksimum bal toplayıb.
Tehsil.biz xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, ötən gün keçirilən test imtahanlarında 8 580 təhsilverən iştirak edib. Prosesin ilk günündə 97% davamiyyət qeydə alınıb. Test imtahanı mərhələsi Naxçıvan şəhəri də daxil olmaqla, ölkənin 18 müxtəlif şəhəri üzrə 27 imtahan mərkəzində təşkil olunub.
İmtahanda ölkə üzrə 38 təhsilverən riyaziyyat fənni üzrə maksimum bal toplayıb. Onlardan biri rus, qalanları isə Azərbaycan bölməsi üzrə maksimum – 60 bal toplamağa müvəffəq olublar. Həmçinin riyaziyyat fənni üzrə maksimum bal toplayan müəllimlərdən 3-ü kişi, 35-i isə qadın müəllimlərdir.
Maksimum bal toplayan müəllimlərin ən yaşlısının 56, ən gəncinin isə 27 yaşları olub. Ümumilikdə həmin müəllimlərin yaş ortalaması 36.5 olub.
Riyaziyyat fənni üzrə sertifikatlaşdırmanın test imtahanı mərhələsində ən yüksək nəticə göstərən müəllimlərin rayon və şəhərlər üzrə bölgüsü isə aşağıdakı kimidir:
Şəhər/rayon
Maksimum bal toplayanların sayı
Bakı
16
Abşeron
3
Sumqayıt
2
Gəncə
2
Ucar
2
Xaçmaz
2
Salyan
2
İmişli
1
Quba
1
Bərdə
1
Balakən
1
Zaqatala
1
Şəki
1
Göygöl
1
Lənkəran
1
Şərur
1
Riyaziyyat fənni üzrə maksimum bal toplayan təhsilverənlərin siyahısını təqdim edirik:
Ad
Soyad
Ata adı
Bölmə
Şəhər/rayon
AYGÜL
XƏLİLOVA
RAMİZ QIZI
Azərbaycan
Ucar
FƏRİDƏ
MƏHƏRRƏMOVA
İLQAR QIZI
Azərbaycan
Ucar
GÜNAY
MƏMMƏDOVA
ELDƏNİZ QIZI
Azərbaycan
İmişli
ULDUZ
NAMAZOVA
İBRAHİM QIZI
Azərbaycan
Xaçmaz
SEVDA
ƏHMƏDOVA
VAHAB QIZI
Azərbaycan
Quba
AYGÜN
HƏSƏNOVA
MÜBARİZ QIZI
Azərbaycan
Bakı
TƏRANƏ
UMUDOVA
CAMALXAN QIZI
Azərbaycan
Bakı
SƏFAYƏ
MİRZƏYEVA
BECAN QIZI
Azərbaycan
Bakı
AYŞƏN
NAĞIYEVA
YASİN QIZI
Azərbaycan
Bakı
ŞƏHRİYAR
ŞİXBALAYEVA
İBRAHİM QIZI
Azərbaycan
Bakı
VƏFA
HACIYEVA
MƏHƏMMƏD QIZI
Azərbaycan
Bakı
AYTƏN
BAYRAMOVA
İMAMVERDİ QIZI
Azərbaycan
Bərdə
ƏSMƏR
KƏRİMLİ
FİKRƏT QIZI
Azərbaycan
Abşeron
MƏTANƏT
QƏHRƏMANOVA
MUXTAR QIZI
Azərbaycan
Sumqayıt
CEYHUNƏ
XUDUYEVA
KAMİL QIZI
Azərbaycan
Abşeron
ALİYƏ
FƏRZƏLİYEVA
FİZULİ QIZI
Azərbaycan
Bakı
AİDƏ
KAMİLOVA
EYYUB QIZI
Azərbaycan
Bakı
MƏTANƏT
MİRZƏLİYEVA
TELMAN QIZI
Azərbaycan
Bakı
NƏFSƏT
HAXOVA
MEHDİ QIZI
Azərbaycan
Balakən
MURAD
ŞABANOV
RÜSTƏM OĞLU
Azərbaycan
Zaqatala
NƏZAKƏT
BAĞIROVA
MƏMMƏD QIZI
Azərbaycan
Şəki
GÜLNAR
İMRANOVA
ARİF QIZI
Azərbaycan
Gəncə
ZÜLEYXA
KƏRİMOVA
YADİGAR QIZI
Azərbaycan
Gəncə
GÜNAY
ƏHMƏDOVA
MEHMAN QIZI
Azərbaycan
Göygöl
GÜNEL
ASLANLI
ASLAN QIZI
Azərbaycan
Lənkəran
GÜLNARƏ
HÜSEYNOVA
HÜSEYNAĞA QIZI
Azərbaycan
Salyan
NİYAMƏDDİN
NƏCƏFOV
SAMƏDDİN OĞLU
Azərbaycan
Salyan
KÖNÜL
HEYDƏROVA
NƏSİR QIZI
Azərbaycan
Şərur
HÜRÜ
XANPƏRİYEVA
ŞAMİL QIZI
Azərbaycan
Bakı
YEGANƏ
XƏLİLOVA
NƏSİB QIZI
Azərbaycan
Bakı
GÜLƏR
HACIYEVA
ABBAS QIZI
Azərbaycan
Bakı
ÜLVİYYƏ
ŞAHMURADOVA
CƏFƏR QIZI
Rus
Bakı
ŞAHNAZ
SARIYEVA
KAZIM QIZI
Azərbaycan
Bakı
AYGÜN
VƏLƏDOVA
ETİBAR QIZI
Azərbaycan
Bakı
ÜLKƏR
HÜSEYNOVA
BƏHRAM QIZI
Azərbaycan
Xaçmaz
SƏYYAD
CANALİYEV
SALMAN OĞLU
Azərbaycan
Abşeron
LEYLA
BABAYEVA
ZAKİR QIZI
Azərbaycan
Sumqayıt
SAİDƏ
BAYRAMOVA
SEYFƏDDİN QIZI
Azərbaycan
Bakı
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.