AZ

Sertifikatlaşdırma imtahanında 38 müəllim maksimum bal topladı - SİYAHI

Sertifikatlaşdırma imtahanında 38 müəllim maksimum bal topladı - SİYAHI

Ötən gün dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib. Belə ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin ilk gününə riyaziyyat fənnini tədris edən təhsilverənlər cəlb olunub.Qaynarinfo xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi" qəzetində qeyd edilib.Bildirilib ki, ümumilikdə bu gün keçirilən test imtahanlarında 8 580 təhsilverən iştirak edib. Prosesin ilk günündə 97% davamiyyət qeydə alınıb. Test imtahanı mərhələsi Naxçıvan şəhəri də daxil olmaqla, ölkənin 18 müxtəlif şəhəri üzrə 27 imtahan mərkəzində təşkil olunub.Bu gün keçirilən sertifikatlaşdırma imtahanında ölkə üzrə 38 təhsilverən riyaziyyat fənni üzrə maksimum bal toplayıb. Onlardan biri rus, qalanları isə Azərbaycan bölməsi üzrə maksimum - 60 bal toplamağa müvəffəq olublar. Həmçinin riyaziyyat fənni üzrə maksimum bal toplayan müəllimlərdən 3-ü kişi, 35-i isə qadın müəllimlərdir.Maksimum bal toplayan müəllimlərin ən yaşlısının 56, ən gəncinin isə 27 yaşları olub. Ümumilikdə həmin müəllimlərin yaş ortalaması 36.5 olub.Riyaziyyat fənni üzrə sertifikatlaşdırmanın test imtahanı mərhələsində ən yüksək nəticə göstərən müəllimlərin rayon və şəhərlər üzrə bölgüsü isə aşağıdakı kimidir:Beləliklə, riyaziyyat fənni üzrə maksimum bal toplamış təhsilverənlərin siyahısını təqdim edirik:Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir.Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.Xatırladaq ki, Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq edilib. Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək. Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
8
afn.az

10Mənbələr