AZ

Bakıda “Bizim Qafqaz” mədəni-maarif layihəsinin təqdimatı olub - FOTOLAR

İyunun 20-də Bakıda Beynəlxalq Bakı Piano Festivalı çərçivəsində “The Landmark Baku”da “Bizim Qafqaz” mədəni-maarif layihəsinin təqdimatı olub. SİA xəbər verir ki, təqdimatı layihənin müəllifi və aparıcısı Nini Karseladze edib və o bildirib ki, Bakı onun üçün Tbilisidən sonra ikinci doğma şəhər olub.

Layihənin məqsədi Cənubi Qafqaz ölkələri arasında mədəni körpü yaratmaq və Qafqaz mədəniyyətini bütün dünyada təbliğ etməkdir. Nini Karseladzenin sözlərinə görə, heykəltəraş Ömər Eldarov, tarixçi Fuad Axundov, yazıçı Çingiz Abdullayev, Milli Konservatoriyanın rektoru və xalq artisti Siyavuş Kərimi kimi görkəmli mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə hazırladığı bir neçə veriliş də eyni ruha uyğun idi.

Təqdimat mərasiminin qonaqları üçün xoş sürpriz Bakı Piano Festivalının dəvəti ilə Bakıya gələn gürcü musiqiçisi İya Maisuradzenin çıxışı oldu. O, gürcü bəstələrini ifa edib, hətta Nini Karseladzeni müşayiət edib.

Biznes və dövlət qurumlarının nümayəndələri, Gürcüstan və Belçikanın Bakıdakı səfirliyi, mədəniyyət nümayəndələri, Maqsud İbrahimbəyov adına Yaradıcılıq Mərkəzinin, İnsan Hüquqlarının Müdafiəsi Mərkəzinin və Magen David Azərbaycan humanitar təşkilatının direktoru Anna İbrahimbəyova, bir çox dünya çempionu olan Xəzər İsayev, Fondun nümayəndələri, tv kanalları qonaq qismində tədbirə dəvət olunmuşdular.

Qeyd edək ki, “Bizim Qafqaz” layihəsinin baş sponsoru Paşa Holdinq olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
sia.az

2Mənbələr