AZ

Cənubi Qafqaz ölkələri arasında mədəni körpü…

"Bizim Qafqaz” layihəsinin təqdimatı olub

Bakıda Beynəlxalq Bakı Piano Festivalı çərçivəsində “The Landmark Baku”da “Bizim Qafqaz” mədəni-maarif layihəsinin təqdimatı olub. Təqdimatı layihənin müəllifi və aparıcısı Nini Karseladze edib. Aparıcı Bakının onun üçün Tbilisidən sonra ikinci doğma şəhər olduğunu bildirib.
“Yeniazerbaycan.com” xəbər verir ki, layihənin məqsədi Cənubi Qafqaz ölkələri arasında mədəni körpü yaratmaq və Qafqaz mədəniyyətini bütün dünyada təbliğ etməkdir. 

N.Karseladzenin sözlərinə görə, heykəltəraş Ömər Eldarov, tarixçi Fuad Axundov, yazıçı Çingiz Abdullayev, Milli Konservatoriyanın rektoru və xalq artisti Siyavuş Kərimi kimi görkəmli mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə hazırladığı bir neçə veriliş də eyni ruha uyğun idi.

Biznes və dövlət qurumlarının nümayəndələri, Gürcüstan və Belçikanın Bakıdakı diplomatları, mədəniyyət nümayəndələri, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova, dünya çempionu Xəzər İsayev, Milli Məclisin deputatı Razi Nurullayev, Heydər Əliyev Fondunun nümayəndələri, tv kanalları qonaq qismində tədbirə iştirak ediblər.
Bakıya gələn gürcü musiqiçisi İya Maisuradzenin çıxışı təqdimat mərasiminin qonaqları üçün xoş sürpriz olub. O, gürcü bəstələrini ifa edib, hətta aparıcı N.Karseladzeni müşayiət edib.
Qeyd edək ki, “Bizim Qafqaz” layihəsinin baş sponsoru "Paşa Holdinq" olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
yeniazerbaycan.com

2Mənbələr