ABŞ Venesuelada müxalifətin əli ilə dövlət çevrilişinə hazırlaşır.
Bu barədə Venesuela prezidenti Nikolas Maduro rəsmi açıqlamasında bəyan edib. Onun sözlərinə görə, iyun ayının 28-də keçiriləcək prezident seçkilərinin nəticələrinin öncədən tanınmaması barədə sağçı müxalifətdə olan Edmundo Qonzales və Enrike Markes arasında razılıq əldə edilib.
Nikolas Maduro onların bunu ABŞ-ın göstərişi əsasında etdiklərini və məqsədlərinin də dövlət çevrilişi hazırlamaq olduğunu bildirib.
Oxuməni.az