Hindistanın Ankaradakı səfiri Virander Paul vəfat edib.
Bizim.Media xəbər verir ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar bu barədə X-dəki mikrobloqunda məlumat paylaşıb.
“Hindistan Xarici Xidməti üçün böyük itkidir. Onunla bir çox vəzifələrdə yaxından işləmişəm. Mən həmişə onun fədakarlığına və xidmətinə heyran olmuşam və onun çoxsaylı nailiyyətlərini yüksək qiymətləndirirəm”, – Hindistanın xarici işlər naziri yazıb.
Xəbərlərə görə, xərçəng xəstəliyindən müalicə olunan Paul ölkəsinə gətirləndən sonra dünyasını dəyişib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta