AZ

“Moskvanı “terrorun sponsoru“ elan etməyə çalışırlar“ -Rusiya səfiri

Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov jurnalistlərə diqqət çəkən açıqlamalar verib. O, bildirib ki, Amerika administrasiyası Rusiyanın nümayiş etdirdiyi uğurlardan “sarsılır” və Moskva ilə dialoqdan yayınır.

Diplomat qeyd edib ki, Vaşinqton onun ölkəsini "terrorun sponsoru" elan etməyə çalışır. Eyni zamanda, ABŞ Rusiya prezidenti Vladimir Putinin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı təkliflərinə cavab vermir.

“Əslində, əksər rəsmi nümayəndələr sadəcə olaraq bizdən qaçırlar və Putinin təkliflərinə məhəl qoymayaraq ciddi müzakirələrə başlamaq istəmirlər”, - yerli saytlar Antonovun sözlərindən sitat gətirib.

Xatırladaq ki, iyunun əvvəlində ABŞ Konqresində hər iki partiyanın nümayəndələri Rusiyanı terrorizmin himayədarı kimi tanıyan qanun layihəsi təqdim etmişdilər.

Tural

News365.az


Seçilən
83
50
news365.az

10Mənbələr