AZ

"Oba" marketdə İNANILMAZ OĞURLUQ: müdirin seyfini yardılar

Bakıda marketin seyfi qarət olunub. 

Moderator.az Lent.az-a istinadən xəbər verir ki, hadisə iyunun 21-i saat 04 radələrində Lökbatan qəsəbəsində yerləşən “Oba” marketdə qeydə alınıb. 

Marketin müdirinin otağındakı seyfdən 3075 manat pul oğurlanıb. Hadisə barədə polisə məlumat verilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini Elmir Həsənli saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
5
moderator.az

6Mənbələr