AZ

“Oba” marketdə ŞOK OĞURLUQ: müdirin seyfini yardılar

Bakıda marketin seyfi qarət olunub. 

Hadisə iyunun 21-i saat 04 radələrində Lökbatan qəsəbəsində yerləşən “Oba” marketdə qeydə alınıb.

Marketin müdirinin otağındakı seyfdən 3075 manat pul oğurlanıb. Hadisə barədə polisə məlumat verilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini Elmir Həsənli saxlanılıb.

lent.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
5
savash.org

6Mənbələr