![Avro-2024:](https://azertag.az/files/2024/2/1200x630/17190384475703663295_1200x630.jpg)
Bakı, 22 iyun, AZƏRTAC
Kristof Baumqartner və Marko Arnautoviç Avstriya millisinin tarixinə düşüblər.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, hər iki hücumçu Avr0-2024-ün qrup mərhələsində Polşa seçməsini 3:1 hesabı ilə məğlub etdikləri matçda fərqlənməklə qitə çempionatları tarixində öz yığmalarının heyətində birdən çox qol vuran ilk oyunçular olublar.
Qeyd edək ki, Avstriya seçməsi 3 xalla D qrupunda üçüncü pillədə qərarlaşıb. Onlar son turda Fransa ilə üz-üzə gələcəklər.