AZ

Elşad Həsənov sakinlərlə görüşdü - Fotolar

Yasamal rayonunda sakinlər üçün iyun ayı üzrə növbəti səyyar qəbul keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayon bələdiyyəsinin akt zalında baş tutub.

Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB rəhbərləri də iştirak ediblər. Elşad Həsənov sakinlərdən təklif və müraciətləri bərədə ətraflı məlumat vermələrini xahiş edib.

Daha sonra Yasamal rayonunun sakinləri küçələrin işıqlandırılması, ət kəsimi məntəqələrinin fəaliyyəti, qəzalı ev damlarının təmiri, həyətlərin abadlaşdırılması, su çənlərinin götürülməsi, istismar müddəti bitmiş liftlərin əvəzlənməsi, ticarət köşklərinin fəaliyyəti, sənədsiz avtoqarajların taleyi, əlillərin evlə təminatı və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırıblar.

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verib. O, həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verib.

Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
qafqazinfo.az

10Mənbələr