AZ

Kolumbiyada bomba partlayıb, ölən və yaralananlar olub

Kolumbiyanın cənub-qərbindəki Narino inzibati mərkəzinə bağlı Taminanqo qəsəbəsində polis idarəsi yaxınlığında minalanmış avtomobil partladılıb.

"Operativ Media" yerli mətbuata istinadən xəbər verir ki, partlayışda 2 mülki şəxs həyatını itirib, polislər də daxil olmaqla 8 nəfər yaralanıb.

Hücumun baş verdiyi bölgədə Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin keçmiş üzvlərindən ibarət Estado Mayor Mərkəzinin (EMC) üzvlərinin nüfuz sahibi olduğu məlum olub.

Seçilən
208
28
operativmedia.az

10Mənbələr