Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 08:00-aolan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarlaəlaqədar Şəki rayonu ərazisindən axan Kişçaydan, Quba rayonuərazisindən axan Xınalıqçaydan və Qobustan rayonu ərazisindən axanCeyrankeçməzçaydan sel keçib.
Bu barədə Trend-ə Xidmətdən məlumat verilib.
Milli Hidrometeorologiya Xidmətının Hidrologiya Mərkəzinindirektoru Asif Verdiyev bildirib ki, hazırda Şabran rayonuərazisindən axan Gilgilçaydan və Qəbələ rayonu ərazisindən axanDəmiraparançaydan sel keçir.
O vətəndaşlardan mümkün qədər çayların sahilindən uzaqda eynizamanda, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanıçayların yaxınlığında dayanıb prosesi izləməmələrini tövsiyəedib.