AZ

Azərbaycanın şimal bölgəsi fırtınaya təslim oldu: Hoteli su basdı, yol bağlandı, gediş-gəliş dayandı

Qubadan keçən bütün çaylarda daşqın fəsadlara yol açıb.Bizim.Media xəbər verir ki, Qudyalçay, Cağacuqçay, Ağçay və digər çaylardan güclü sel keçib, ətraf yaşayış məntəqələrini su basıb. Quba-Xınalıq yolunda yerləşən hotel ərazisini su basıb, turistlərin avtomobili suyun içində qalıb.Qusarda Şahdağ-Ləzə yolu da güclü sel səbəbindən bağlanıb. Qusarçayın daşması yolu tamamilə dağıdıb.Xaçmaz ərazisindən keçən çaylarda da güclü artım fəsadlara yol açıb. Bölgə rayonlarına dəyən ziyan müvafiq komissiya tərəfindən açıqlanacaq.22:45Oğuz rayonuna dolu düşüb."Report"un məlumatına görə, təbiət hadisəsi bu gün axşam saatlarında rayonun Xaçmaz kəndində müşahidə olunub.On dəqiqədən artıq davam edən yağıntı nəticəsində meyvə ağaclarına və fərdi təsərrüfatlara ziyan dəyib.Hazırda Oğuz rayonunda leysan yağışı yağır.19:35Quba rayonunda Cağacıq çayı daşıb, Rustov kəndini su basıb."Report"un məlumatına görə, güclü leysan yağışları nəticəsində, Cağacıq çayı məcrasından çıxıb. Nəticədə çayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb, Rustov kəndindəki fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan dəyib.Qeyd edək ki, hazırda da Quba rayonunun yüksək dağlıq ərazilərində leysan xarakterli yağış müşahidə edilir.














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
26
regionxeberlericom.az

10Mənbələr