AZ

Kiyevə icazə verdik, Rusiya ərazisini vura bilər - Pentaqon

Ukrayna ordusuna ABŞ-ın təqdim etdiyi daha uzun mənzilli raketlərdən yalnız Xarkov yaxınlığındakı cəbhə xəttində deyil, Rusiya daxilindəki hədəfləri vurmaq üçün istifadə etməyə icazə verilir - o şərtlə ki, onlar özünümüdafiə məqsədilə hərəkət etsinlər.
BUTA.TV xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi general-mayor Pat Rayder deyib. Onun sözlərinə görə, Rusiya “təhlükəsiz zona” hesab etdiyi ərazisinin dərinliklərindən Ukrayna hədəflərini atəşə tutur:

"Bu qüvvələrin sərhəddən bu cür əməliyyatlar apardığını gördükdə, Ukraynanın özünü müdafiə etmək üçün cavab atəşi aça biləcəyini və buna haqqı olduğunu izah etdik".

Seçilən
90
3
buta.tv

4Mənbələr