AZ

Kiyevə izah etdik: Rusiya ərazisini vura bilər - Pentaqon

Ukrayna ordusuna ABŞ-ın təqdim etdiyi daha uzaq mənzilli raketlərdən yalnız Xarkov yaxınlığındakı cəbhə xəttində deyil, Rusiya daxilindəki hədəfləri vurmaq üçün istifadə etməyə icazə verilir - o şərtlə ki, onlar özünümüdafiə məqsədilə hərəkət etsinlər.

Ednews xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi general-mayor Pat Rayder Ukraynaya ABŞ silahları ilə Rusiya ərazisinə zərbə endirilməsinə verilən icazəni şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya “təhlükəsiz zona” hesab etdiyi ərazisinin dərinliklərindən Ukrayna hədəflərini atəşə tutur:

"Bu qüvvələrin sərhəddən bu cür əməliyyatlar apardığını gördükdə, Ukraynanın özünü müdafiə etmək üçün cavab atəşi aça biləcəyini və buna haqqı olduğunu izah etdik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
3
ednews.net

4Mənbələr