AZ

Lənkəran Dövlət Dram Teatrına yeni direktor təyin edilib

Lənkəran Dövlət Dram Teatrına yeni direktor təyin edilib.

Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməkdar mədəniyyət işçisi Laləzar Ramil qızı Hüseynova nazir Adil Kərimlinin müvafiq əmri ilə sözügedən vəzifəyə təyinat alıb. O, bu gün teatrın kollektivinə təqdim edilib.

Laləzar Hüseynova buna qədər Salyan Dövlət Kukla Teatrının direktoru olub.

Lənkəran
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
apa.az

10Mənbələr