AZ

Laləzar Hüseynova direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrına yeni direktor təyin edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əməkdar mədəniyyət işçisi Laləzar Ramil qızı Hüseynova nazir Adil Kərimlinin müvafiq əmri ilə sözügedən vəzifəyə təyinat alıb.

O, bu gün teatrın kollektivinə təqdim edilib.

Laləzar Hüseynova buna qədər Salyan Dövlət Kukla Teatrının direktoru olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
77
14
milli.az

10Mənbələr