AZ

Qubada çay daşıb, körpüyə, evlərə və təsərrüfatlara ziyan dəyib

Güclü leysan yağışları nəticəsində Cağacıq çayına güclü sel gəlib.
APA-nın Şimal bürosu xəbər verir ki, Cağacıq çayı Quba rayonunun Rustov kəndi ərazisində məcrasından çıxıb. Nəticədə çayın üzərindəki körpülərdən birinə, Rustov kəndindəki fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan dəyib.
Qeyd edək ki, hazırda da Quba rayonunun yüksək dağlıq ərazilərində leysan müşahidə edilir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
9
apa.az

10Mənbələr