AZ

İdmanAVRO-2024: Slovakiya - Ukrayna matçında üçüncü qol vurulub - YENİLƏNİB

SİZİN REKLAM BURADA!055 213 76 73

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşündə hesab dəyişib.

Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə ukraynalılar hesabda önə çıxıb - 2:1.

Roman Yaremçuk 80-ci dəqiqədə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib.

***18:12

lmaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşündə hesab bərabərləşib.

Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə ukraynalılar "status-kvo"nu bərpa ediblər - 1:1.

Nikolay Şaparenko 54-cü dəqiqədə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib.

***17:20

AVRO-2024-ün qrup mərhələsinin II turunu çərçivəsində baş tutan Slovakiya - Ukrayna görüşündə hesab açılıb.

BAKU.WSxəbər verir ki, matçın 17-ci dəqiqəsində slovakiyalı futbolçu Schranz hesabı 1-0 komandasının xeyrinə dəyişib.

***17:07

AVRO-2024-ün qrup mərhələsinin II turunu çərçivəsində Slovakiya - Ukrayna görüşü start götürüb.

BAKU.WS xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da başlayan E qrupunun oyununu ingiltərəli beynəlxalq dərəcəli hakim Maykl Oliver idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

BAKU.WS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
13
far.az

10Mənbələr