AZ

Braziliya Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lulada Silva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrikməktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-aliniziBraziliya hökuməti, xalqı adından və şəxsən öz adımdan təbrikedirəm. Azərbaycan xalqına xoşbəxtlik və firavanlıqarzulayıram.

Braziliyanın ölkələrimiz arasındakı dostluq əlaqələrininmöhkəmləndirilməsi və xalqlarımızın qarşılıqlı rifahı naminə bundansonra da Azərbaycanla birgə fəaliyyətini davam etdirmək istəyinibir daha bəyan edirəm. Bu kontekstdə mən BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıdakeçiriləcək 29-cu sessiyası (COP29) çərçivəsində Braziliya iləAzərbaycan arasında səmərəli əməkdaşlığı səbirsizlikləgözləyirəm.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizixahiş edirəm".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
27
az.trend.az

10Mənbələr