AZ

Braziliya lideri İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə qeyd olunur:

"Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizi Braziliya hökuməti, xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram.

Braziliyanın ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi və xalqlarımızın qarşılıqlı rifahı naminə bundan sonra da Azərbaycanla birgə fəaliyyətini davam etdirmək istəyini bir daha bəyan edirəm. Bu kontekstdə mən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) çərçivəsində Braziliya ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı səbirsizliklə gözləyirəm.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
27
sia.az

10Mənbələr