“Bundan sonra Amerika Kubokunda oynamayacağam. Bu səbəbdən yenidən turnirin qalibi olmağa çalışacağıq". Argentina yığmasının lideri Lionel Messi maraqlı açıqlama verib. Matc.az xəbər verir ki, 37 yaşlı futbolçu bildirib ki, ABŞ-da keçirilən Amerika Kuboku onun üçün sonuncu olacaq. “Bundan sonra Amerika Kubokunda oynamayacağam. Bu səbəbdən yenidən turnirin qalibi olmağa çalışacağıq. Argentina millisinin çempion olmasını istəyirəm”, - deyə Messi qeyd edib. O, növbəti dünya çempionatında iştirak edib-etməyəcəyi haqda da danışıb: “Təbii ki, bu, gedişatdan asılıdı. Zamanı qabaqlamaq olmaz, addım-addım hərəkət etməliyik. Hazırda özümü yaxşı hiss edirəm”. Qeyd edək ki, Argentina yığması Amerika Kubokunun qrup mərhələsinin ilk oyununda Kanadaya 2:0 hesabı ilə qalib gəlib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta