AZ

3 güləşçimiz Dünya Seriyasında

İyunun 28-29-da Fransada çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsi baş tutacaq.

İdman.biz xəbər verir ki, San Loren Dü-Var şəhərinin çimərliyində keçiriləcək yarışda ölkəmizi 3 idmançı təmsil edəcək.

Dünya çempionu İbrahim Yusubov yenə 90 kq-da mübarizə aparacaq. Dünya mükafatçısı Ramiz Həsənov bu dəfə 80 kq-da qüvvəsini sınayacaq. 70 kq-da isə debütant güləşəcək. U-23 Avropa çempionatının gümüş medalçısı Rəşid Babazadə çimərlik güləşində “siftə” edəcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
8
idman.biz

10Mənbələr