AZ

"Ermənistanın müttəfiqi yoxdur" - Melkonyan

"Ermənistanın müttəfiqi yoxdur, biz müxtəlif dövlətlərlə dostluq əlaqələri qururuq və onlarla müttəfiqlik münasibətləri yaratmağa çalışırıq". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın hakim "Mülki Müqavilə" partiyasının deputatı Qaqik Melkonyan deyib.

Onun sözlərinə görə, 2010-cu ildən Rusiya Azərbaycan ordusunu hücum silahları ilə silahlandırmaqla balansı dəyişməyə başlayıb: "Biz bu məsələləri qaldıranda bunu Rusiyada biznes adlandırdılar, bizi əmin etdilər ki, onlardan bizə qarşı istifadə olunmasına imkan verməyəcəklər. 2020-ci il müharibəsi zamanı bizi unutdular. 44 günlük müharibədə o, bizə silah və hərbi texnika vermədi, ancaq müəyyən miqdarda sursat verdi. 2020-ci ildən sonra Rusiya bizə silah verməli idi, amma o pulu alsa da, hələ bunu etməyib". 

Deputat qeyd edib ki, hər şey əvvəlki kimi deyil: "Rusiya bizə kiminləsə görüşməyə icazə verəcək, ya yox. Biz dövlət maraqlarımızı rəhbər tutmalıyıq. Belarus Azərbaycanın müharibədə qalib gəlməsinə kömək etdiyini bildirib. Ona görə də bu münasibət özünü büruzə verdi. Rusiyanı da günahlandırdıq. O, bizim müttəfiqimiz idi, amma müharibədə bizə kömək etmədi".

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
50
unikal.az

10Mənbələr