AZ

Kir Starmer Böyük Britaniyada fərqli iş üsulu qurmaq istəyir

“İki sahil” xəbər verir ki, bunu jurnalistlər üçün ilk mətbuat konfransında Britaniyanın yeni Baş naziri Kir Starmer deyib.

O, iyulun 7-də Böyük Britaniyanın bütün dörd ölkəsini ziyarət etmək üçün səfərə çıxacağını diqqətə çatdırıb: “Əvvəlcə Şotlandiyaya, sonra Şimali İrlandiyaya, daha sonra Uelsə gedəcəyəm, orada birinci nazirlərlə görüşəcəyəm”.

Böyük Britaniyada fərqli iş üsulu qurmaq istədiyini deyən Baş nazir əlavə edib ki, təhlükəsizlik və müdafiə məsələləri hökumətin bir nömrəli vəzifəsidir.

O, əvvəlki hökumətin mübahisəli Ruandaya deportasiya planı haqqında da danışıb. Deyib ki, bu layihə reallaşdırılmağa başlamadan əvvəl “ölüb” və “basdırılıb”.

Kir Starmer vəzifəyə gəldikdən sonra artıq bir sıra dünya liderləri ilə danışdığını və NATO Sammiti üçün növbəti həftə Vaşinqtona gedəcəyini qeyd edib.

Seçilən
141
50
ikisahil.az

10Mənbələr