AZ

“Fənərbağça” ilk transferini reallaşdırdı


Türkiyənin “Fənərbağça” komandası komandanın kapitanı Mert Hakan Yandaşla müqaviləsinin müddətini uzadıb.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında yeni mövsümün hazırlıqlarına başlayan “Fənərbağça” yarımmüdafiəçisi ilə 2 illik yeni müqavilə imzaladığını açıqlayıb.
“Fənərbağça”, həmçinin son olaraq “Fatih Karagümrükdə” çıxış edən 23 yaşlı Levent Mercanla da 3 illik müqavilə imzaladığını açıqlayıb.
Qeyd edək ki, “Fənərbağça” keçən mövsüm Türkiyə çempionatını 2-ci pillədə başa vurub. Komanda bu gündən yeni baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında 2024/2025-i illər mövsümünün hazırlıqlarına start verib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
yeniavaz.com

1Mənbələr