Türkiyənin “Fənərbağça” komandası komandanın kapitanı Mert Hakan Yandaşla müqaviləsinin müddətini uzadıb. Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında yeni mövsümün hazırlıqlarına başlayan “Fənərbağça” yarımmüdafiəçisi ilə 2 illik yeni müqavilə imzaladığını açıqlayıb. “Fənərbağça”, həmçinin son olaraq “Fatih Karagümrükdə” çıxış edən 23 yaşlı Levent Mercanla da 3 illik müqavilə imzaladığını açıqlayıb. Qeyd edək ki, “Fənərbağça” keçən mövsüm Türkiyə çempionatını 2-ci pillədə başa vurub. Komanda bu gündən yeni baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında 2024/2025-i illər mövsümünün hazırlıqlarına start verib.