AZ

Moldova Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlayır

Moldova prezidenti Maya Sandu Avropa İttifaqına daxil olmaq üzrə danışıqların başlanması haqqında fərman imzalayıb.

Editor.az bildirir ki, bu barədə prezident sosial şəbəkələrdə məlumat verib: “Bu gün mən Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanması haqqında fərman imzaladım. Moldova Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirib.

Beləliklə, namizəd statusu aldıqdan iki il sonra, iyunun 25-də Moldova-Aİ hökumətlərarası birinci konfrans keçiriləcək və bu, üzvlük danışıqlarının başlanğıcını qeyd edəcək”, – deyə Maya Sandu Facebook səhifəsində yazıb.
Xatırladaq ki, Avropa İttifaqı 2022-ci ilin iyununda Ukrayna və Moldovaya Avropa İttifaqına namizəd ölkə statusu verib. Aİ-nin 2023-cü il dekabrın 14-də keçirilən sammitində Ukrayna və Moldova ilə Avropa İttifaqının gələcək üzvlüyü ilə bağlı danışıqlara başlamaq qərara alınıb

//Samir Qurbanov, Editor.az

Seçilən
94
1
editor.az

2Mənbələr