“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Bakı Gəmiqayırma Zavodunun səhmdarı olacaq.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, 2024-cü ilin mart ayında dövlət şirkətinin Müşahidə Şurasının qərarı ilə Qrup Bakı Gəmiqayırma Zavodunun 92 milyon ABŞ dolları dəyərində istiqrazlarına yatırım edib. (Bu istiqrazların gəlirliliyi illik 4% təşkil edir.)
Bildirilib ki, sözügedən istiqrazlar Bakı Gəmiqayırma Zavodunun səhmdarlarının restruktrizasiyası, yəni Zavodun payçılarının dəyişikliyi ilə bağlı, o cümlədən ASCO-nun səhmdarlar sıralarına daxil edilməsi planları çərçivəsində alınıb. Proses yekunlaşdıqdan sonra daha ətraflı məlumat veriləcək. SEO Xidməti
Qeyd edək ki, hazırda Bakı Gəmiqayırma Zavodunun əsas səhmdarı 87% payla SOCAR-dır. Zavodun səhmlərinin 8,95%-i Azərbaycan İnvestisiya Şirkətinə, 3,58%-i isə əsas əməliyyatları həyata keçirən gəmiqayırma üzrə ixtisaslaşmış “Keppel Corporation Limited”in yüz faiz törəmə şirkəti olan Keppel O&M şirkətidir. Zavod son üç ili zərərlə bitirib. 2020-ci ildə MMC-nin xalis zərəri 144,1 milyon, 2021-ci ilin 62,9 milyon manat, 2022-ci ildə isə 13,35 milyon manat təşkil edib.
Telegram kanalımız