Bakı. Trend:
Abşeronda ev yanıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.
Bildirilib ki, Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi70 m² olan 3 otaqlı evin yanar konstruksiyaları 30 m² sahədə, damörtüyü 50 m² sahədə və evə bitişik ümumi sahəsi 15 m² olan taxtakonstruksiyalardan ibarət köməkçi tikili yanıb.
Evin qalan hissəsi və ərazidəki ağaclar yanğından mühafizəolunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindənsöndürülüb.