AZ

ARDNF- nin büdcəsinə təklif olunan dəyişikliklərin DETALLARI

İcmal büdcənin tərkibinə daxil olan Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il büdcəsinin gəlirləri ilə bağlı proqnozun 2 milyard 36 milyon manat və yaxud 16,9 % artırılaraq 14 milyard 109,2 milyon manata, xərcləri ilə bağlı proqnozun isə 4,7 milyon manat və yaxud cüzi artırılaraq 12 milyard 904,9 milyon manata çatdırılması təklif olunur.

Redaktor.az xəbər verir ki, bu barədə ARDNF-dən bildirilib.

Məlumata görə, gəlirlərdəki artımı Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir üzrə proqnozun 2 milyard 51,4 milyon manat və yaxud 25,2 % artırılaraq 8 milyard 146,2 milyon manatdan 10 milyard 197,6 milyon manata, neft-qaz sazişlərinin imzalanması və yaxud icrası ilə bağlı sərmayəçilərin ödədiyi bonuslar üzrə proqnozun 8,6 milyon manat və yaxud 1,1 % artırılaraq 767,3 milyon manatdan 775,9 milyon manata çatdırılması, eləcə də neft-qazın ölkə ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə proqnozun 24 milyon manat və yaxud 142 dəfə azaldılaraq 24,2 milyon manatdan 0,2 milyon manata endirilməsi təmin edəcək.

Gəlir mənbələri

Təsdiq olunmuş (min manat)

Yenidən baxılan (min manat)

1

Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

8 146 218,8

10 197 589,6

2

Karbohidrogen ehtiyatlarının işlənilməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri

3 600,6

3 600,6

3

Neft-qazın ölkə ərazisi ilə ötürülməsindən əldə edilən gəlir

24 223,4

170,0

4

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir

3 131 968,3

3 131 968,3

5

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar

767 244,4

775 887,1

 

Cəmi

12,073,255,5

14,109,215.6

Xərclərdəkı artım isə “2019–2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilən xərclər üzrə proqnozun 4,7 milyon manat və yaxud 14,1 % artırılaraq 33,5 milyon manatdan 38,2 milyon manata çatdırılması hesabına olacaq.

Xərc istiqamətləri

Təsdiq olunmuş (min manat)

Yenidən baxılan (min manat)

1

2024-cü il dövlət büdcəsinə transfertin yuxarı həddi

12 781 000,0

12 781 000,0

2

“2019–2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi

33 526,0

38 237,9

3

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsi

47 460,0

47 459,0

4

Fondun idarə edilməsi ilə bağlı xərclər

38 246,5

38 246,5

 

Cəmi

12 900 232,5

12 904 943,4

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
4
redaktor.az

6Mənbələr