AZ

ARDNF-nin büdcəsinə təklif olunan dəyişikliklərin detalları açıqlanıb

İcmal büdcənin tərkibinə daxil olan Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il büdcəsinin gəlirləri ilə bağlı proqnozun 2 milyard 36 milyon manat və yaxud 16,9 % artırılaraq 14 milyard 109,2 milyon manata, xərcləri ilə bağlı proqnozun isə 4,7 milyon manat və yaxud cüzi artırılaraq 12 milyard 904,9 milyon manata çatdırılması təklif olunur.

Bu barədə ARDNF-dən bildirilib.

Məlumata görə, gəlirlərdəki artımı Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir üzrə proqnozun 2 milyard 51,4 milyon manat və yaxud 25,2 % artırılaraq 8 milyard 146,2 milyon manatdan 10 milyard 197,6 milyon manata, neft-qaz sazişlərinin imzalanması və yaxud icrası ilə bağlı sərmayəçilərin ödədiyi bonuslar üzrə proqnozun 8,6 milyon manat və yaxud 1,1 % artırılaraq 767,3 milyon manatdan 775,9 milyon manata çatdırılması, eləcə də neft-qazın ölkə ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə proqnozun 24 milyon manat və yaxud 142 dəfə azaldılaraq 24,2 milyon manatdan 0,2 milyon manata endirilməsi təmin edəcək.

Gəlir mənbələriTəsdiq olunmuş (min manat)Yenidən baxılan (min manat)
1Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)8 146 218,810 197 589,6
2Karbohidrogen ehtiyatlarının işlənilməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri3 600,63 600,6
3Neft-qazın ölkə ərazisi ilə ötürülməsindən əldə edilən gəlir24 223,4170,0
4Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir3 131 968,33 131 968,3
5Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar767 244,4775 887,1
Cəmi12,073,255,514,109,215.6

Xərclərdəkı artım isə “2019–2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilən xərclər üzrə proqnozun 4,7 milyon manat və yaxud 14,1 % artırılaraq 33,5 milyon manatdan 38,2 milyon manata çatdırılması hesabına olacaq.

Xərc istiqamətləriTəsdiq olunmuş (min manat)Yenidən baxılan (min manat)
12024-cü il dövlət büdcəsinə transfertin yuxarı həddi12 781 000,012 781 000,0
2“2019–2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi33 526,038 237,9
3“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsi47 460,047 459,0
4Fondun idarə edilməsi ilə bağlı xərclər38 246,538 246,5
Cəmi12 900 232,512 904 943,4
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
4
banker.az

6Mənbələr