AZ

ERMƏNİSTANDA ŞOK: Şahramanyanın xidməti avtomobili ƏLİNDƏN ALINDI - Narkotik SATIŞINA GÖRƏ

Xəbər verdiyimiz kimi, Erməni xüsusi təyinatlıları Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyinin qapılarını sındırıblar. Bu, Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə etmək üçün edilib. Şahramanyanın avtomobili keçmiş qondarma qurumun İrəvandakı nümayəndəliyinin ərazisindən təxliyə edilib.

Musavat.comSputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə vəkil Roman Yeritsyan sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, xidməti avtomobilin müsadirəsi ilə bağlı məhkəmə qərarı yoxdur və müvafiq olaraq, təhlükəsizlik qüvvələrinin hərəkətləri qanunsuzdur.

Məlumata görə, avtomobil narkotik vasitələrin satışı və saxta nömrələrlə idarə olunması işi çərçivəsində götürülüb.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
3
musavat.com

4Mənbələr