AZ

ERMƏNİSTANDA ŞOK: Şahramanyanın xidməti avtomobili ƏLİNDƏN ALINDI - Narkotik SATIŞINA GÖRƏ

Xəbər verdiyimiz kimi, erməni xüsusi təyinatlıları Qarabağ separatçılarının İrəvandakı "nümayəndəliyi"nin qapılarını sındırıblar. İnsident Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə etmək üçün törədilib. Şahramanyanın avtomobili keçmiş qondarma qurumun İrəvandakı "nümayəndəliyi"nin ərazisindən təxliyə edilib.

Bu barədə vəkil Roman Yeritsyan sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, xidməti avtomobilin müsadirəsi ilə bağlı məhkəmə qərarı yoxdur və müvafiq olaraq, təhlükəsizlik qüvvələrinin hərəkətləri qanunsuzdur.

Məlumata görə, avtomobil narkotik vasitələrin qanunsuz dövriyyəsi və saxta dövlət nömrə nişanları ilə idarə edilməsi işi çərçivəsində götürülüb./ Musavat.com

 
 
 
 
   

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
3
referans.az

4Mənbələr