AZ

Formula 1 həyəcanı İspaniyada davam edəcək

Formula 1 üzrə dünya çempionatında həyəcan, mövsümün 10-cu mərhələsi İspaniya Qran Prisi ilə davam edəcək.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Barselonada 4,6 kilometrlik Barselona-Katalunya trekində 66 dövrə üzərində keçiriləcək mərhələdə, sıralama turları sabah TSİ 17.00-da, yarış isə 23 iyun bazar günü TSİ 16.00-da başlayacaq. 

İndiyədək Red Bull-dan Maks Verstappen 6 ,Ferrari-dən Karlos Sayns və Çarlz Lekler,  McLaren-dən isə Lando Norris podiumun birinci pilləsində qərarlaşıb. 

Pilotlar və komandalar təsnifatında ilk 5 yer aşağıdakı kimidir:

Pilotlar: 
1. Maks Verstappen (Hollandiya): 194 xal 
2. ⁠2. Şarl Lekler (Monako): 138 
3. Lando Norris (Böyük Britaniya): 131 
4. Karlos Sayns (İspaniya): 108 
5. Serxio Peres (Meksika): 107 

Komandalar :
1. Red Bull: 301 
2. Ferrari: 252 
3. McLaren: 212 
4. Mercedes: 124 
5. Aston Martin: 58
 
Oksana
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
azxeber.com

2Mənbələr