Formula 1 üzrə dünya çempionatında həyəcan İspaniya Qran Prisi ilə davam edəcək.
News24.az xəbər verir ki,v Barselonada 4,6 kilometrlik Barselona-Katalunya trekində 66 dövrə üzərində keçiriləcək mərhələdə, sıralama turları sabah TSİ 18.00-da, yarış isə 23 iyun bazar günü TSİ 17.00-da başlayacaq.
İndiyədək Red Bull-dan Maks Verstappen 6 dəfə, Ferrari-dən Karlos Sayns və Çarlz Lekler, hərəyə bir dəfə McLaren-dən Lando Norris podiumun birinci pilləsində qərarlaşıb.
Pilotlar və komandalar təsnifatında ilk 5 yer aşağıdakı kimidir:
PİLOTLAR
1. Maks Verstappen (Hollandiya): 194 xal
2. Şarl Lekler (Monako): 138
3. Lando Norris (Böyük Britaniya): 131
4. Karlos Sayns (İspaniya): 108
5. Serxio Peres (Meksika): 107
KOMANDALAR
1. Red Bull: 301
2. Ferrari: 252
3. McLaren: 212
4. Mercedes: 124
5. Aston Martin: 58
Günel Məlikzadə