AZ

Paşinyanın “yeni Konstitusiya” hiyləsi nə vəd edir? (ŞƏRH)

"Paşinyan bir tərəfdən sülh danışıqlarının uzadılmasını istəyir, digər tərəfdən Azərbaycanın haqlı tələbinin müəyyən hissəsini yerinə yetirmək niyyətindədir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Paşinyanın 2026-cı ilin dekabrının sonuna qədər Ermənistanın yeni Konstitusiya layihəsini hazırlamağı və onu təsdiq etmək barədə tapşırığını şərh edərkən deyib.

Q.Əlibəyli deyib ki, Ermənistan Konstitusiyasında hansı dəyişiklik və yeniliklərin nəzərdə tutulduğunu söyləmək çətindir:

”Yaxın zamanlarda müəyyən məlumatlar olacaq. Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsilə bağlı tələbi də haqlı tələbdir. Ermənistan hakimiyyəti də başa düşür ki, qonşu ölkələrə ərazi iddialarından əl çəkməlidir”. 

Bu fonda həmsöhbətimizə görə, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına yol verilən hüquqi əsaslar mümkündür ki, Ermənistan Konstitusiyasından çıxarılsın:

"Adətən, vaxtaşırı Konstitusiyaya müəyyən dəyişikliklər edilir. Hakimiyyət öz maraqlarına uyğun olaraq dəyişikliklər etməyə çalışır. Ola da bilsin ki, Ermənistanda daxili siyasi məsələlərdə öz hakimiyyətini möhkəmləndirmək üçün Paşinyan yeni Konstitusiya dəyişikliyinə getmək istəyir”.
Digər tərəfdən hüquqşünas Paşinyanın son hərəkətlərinə nəzər yetirərək düşünür ki, o sülh sazişini imzalamaqdan yayınmaq üçün sözügedən məsələni gündəmə atmaqla müəyyən vaxt udmağa çalışır:

"Bu ola bilsin silahlanma, yaxud da diplomatik nöqteyi-nəzərindən, Azərbaycana qarşı daha çox dövləti cəlb etmək niyyətindən də qaynaqlana bilər.  Onun nəticəsi olaraq da, yeni Konstitusiya layihəsini bir qədər gec müddətə, 2026-cı ilə qədər hazırlamağı tapşırıb”. 

Qeyd edək ki, "Azadlıq” radiosunun erməni bürosunun məlumatına görə, Ermənistan baş naziri Paşinyan 2026-cı il dekabrın 30-dək yeni Konstitusiya layihəsini hazırlamağı və onu təsdiq etməyi tapşırıb. Qərarda "Konstitusiyaya dəyişikliklər” əvəzinə "yeni Konstitusiya” ifadəsinin yazılması açıq şəkildə qeyd olunub. Xatırladaq ki, Ermənistanın mövcud Konstitusiyasında qonşu ölkələrə, xüsusən də Türkiyə və Azərbaycana ərazi iddiaları yer alıb. Bu isə haqlı olaraq Bakı ilə Ankaranın etirazına səbəb olur. Onun nəticəsidir ki, Azərbaycan və Türkiyə tərəfindən Ermənistanın ana qanununun dəyişdirilməsi tələbi irəli sürülüb. Azərbaycan bunu sülh müqaviləsinin imzalanmasının əsas şərti hesab edir. Belə bir vəziyyətdə, Paşinyan 2026-cı ilin sonuna qədər yeni Konstitusiya layihəsini hazırlamağı tapşırıb. 
 
Rüfət Sultan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
qaynarinfo.az

10Mənbələr