AZ

"Ana Vətən Partiyası daha çox deputatla təmsil olunmaq istəyir" - AMMA...

“Növbəti parlament seçkilərində yenidən deputatlığa namizədliyimi irəli sürəcəyəm”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “cebhe.info”-ya açıqlamasında deyib. O, namizədliyini hansı dairədən irəli sürəcəyini də söyləyib:

“Növbəti dəfə deputatlığa namizəd olmaq fikrim var. Hər zaman olduğu kimi yenə də 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyimi irəli sürəcəyəm”.

Fəzail Ağamalı parlament seçkiləri ilə bağlı partiyasının hədəfləri barədə bunları qeyd edib:

“Seçkilərdə neçə nəfərlə mübarizə aparacağımızla bağlı partiya daxilində müzakirə gedir. Parlament seçkiləri elan olunduqdan sonra fikrimizi dəqiqləşdirəcəyik.

Seçkilərdə seçicilərin namizədlərimizə göstərəcəyi etimaddan çox şey asılı olacaq.

Əlbəttə ki, Ana Vətən Partiyası da hər bir partiya kimi Milli Məclisdə daha çox deputatla təmsil olunmaq istəyir. Lakin bu, bizim iradəmizdən və istəyimizdən asılı deyil. Son sözü seçicilər deyəcək”.

Partiya sədri diqqətə çatdırıb ki, bələdiyyə seçkiləri ilə bağlı da hazırlıqları davam edir:

“Partiyamız bələdiyyə seçkilərində də böyük siyasi fəallıqla iştirak edəcək.

Uzun illərdən bəri keçirilən bələdiyyə seçkilərində Ana Vətən Partiyası Yeni Azərbaycan Partiyasından (YAP) sonra mandat sayına görə ikinci partiya olub. Bu dəfə də həmin səviyyəni saxlamağa çalışacağıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
8
hurriyyet.az

10Mənbələr