19.06.2024-cü il tarixində saat 21:22-də kürək nahiyəsində yanıq xəsarəti ilə 10 günlük körpə (qadın cinsli) təcili tibbi yardım vasitəsilə Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasına yerləşdirilib.
Bu barədə Medicalmedia.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, azyaşlıya təcili yardım şöbəsində zəruri ilkin tibbi yardım göstərildikdən sonra Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub:
"Ona başın təpə ənsəsinin, boynun arxası, sol kürək nahiyəsi və sol çiyin qurşağının II və III dərəcəli termiki yanığı diaqnozu təyin edilib.
Hazırda körpənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta