AZ

Binədə "Toyota"yandı; saxlanılan var

İyunun 16-da gecə saatlarında Binə qəsəbəsi ərazisində “Toyota” markalı avtomobilin yanması ilə bağlı Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində aparılan araşdırmalarla avtomobilin qəsdən yandırılmasına əsaslı şübhələr müəyyən edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Rəşad Nəzərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
78
15
avtosfer.az

10Mənbələr