AZ

Premyer Liqa nəhəngi Arda Güləri istəyir

La Liqa təmsilçilərindən "Real Madrid"in yarımmüdafiəçisi Arda Gülər ​​karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az "Team Talk"a istinadla xəbər verir ki, "Liverpul" türkiyəli yarımmüdafiəçini almaqda maraqlıdır.

Xatırladaq ki, Gülər ​​ötən mövsümün ilk yarısını müxtəlif zədələrə görə buraxsa da, sonradan La Liqada keçirdiyi 10 matçda 6 qol vurmağı bacarmışdı.

Yarımmüdafiəçinin növbəti mövsümdə əsas heyətdə daimi yer alacağına zəmanət verilmir, buna görə də "Liverpul" matç təcrübəsinin zəmanəti ilə Ardanı komandaya cəlb edə bilər.

Daha əvvəl Gülərin "Real Sosyedad"a icarəyə veriləcəyi iddia edilirdi. “Los Blankos”un baş məşqçisi Karlo Ançelotti bu yaxınlarda Ardanın gələn mövsüm də “Santyaqo Bernabeu”da qalacağını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
3
apasport.az

4Mənbələr