AZ

Cəbrayılda sursat partlayıb

Bakı. Trend:

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində sursatpartlayışı hadisəsi baş verib

Trend xəbər verir ki,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu vəMinatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilir ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində2024-cü il 21 iyun tarixində sursat partlayışı hadisəsi başverib.

Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verənpartlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlüİsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlifdərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasınatəxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinəolunur. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırmaaparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
48
az.trend.az

10Mənbələr