AZ

Aİ Zelenskidən yaxa qurtarmaq qərarına gəlib: elə səbəblər göstərildi ki...

Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı beş səbəbə görə Ukrayna prezidenti Vladimir Zelenskidən yaxa qurtarmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz Teleqram kanalında qeyd edib.

Birinci olaraq parlamentin aşağı palatasının sədri Ukrayna vətəndaşları arasında Zelenskiyə dəstəyin aşağı səviyyədə olmasını göstərib. Onun sözlərinə görə, bu ilin mayında Ukrayna prezidentinin reytinqi 17%-ə düşüb.

"Səfərbərlik yaşının 18 yaşa endirilməsi planları, iqtisadi problemlər, cəbhədəki məğlubiyyətlər - bütün bunlar ona gətirib çıxarıb ki, ukraynalılar dövlətin başında başqasını görmək istəyirlər", - Vyaçeslav Volodin bildirib.

İkinci səbəb, Dövlət Dumasının spikerinə görə, Zelenskinin qeyri-legitimliyidir. Onun dövlət başçısı kimi səlahiyyətləri bu il may ayının sonunda başa çatıb. Volodin vurğulayıb ki, hazırda respublikada yeganə qanuni hökumət orqanı Ali Radadır.

Üçüncü səbəb kimi bunu göstərib: “Zelenski və onun əlaltıları Vaşinqton və Brüsselin etibarını itiriblər”.

Onun sözlərinə görə, dövlətlər və Aİ Zelenskiyə ayrılan vəsaitlərin istifadəsinə nəzarət edən xüsusi komissiyalar yaratmağa məcburdurlar.

"Pul oğurlanır, lakin silah satılır", - Vyaçeslav Volodin deyib.

Seçilən
114
publika.az

1Mənbələr