AZ

Yaponiya Rusiyadan olan 41 təşkilata sanksiya tətbiq etmək qərarına gəlib

Yaponiya Xarici İşlər Nazirliyi müdafiə şirkəti Almaz-Antey, texnologiya nəhəngi Rostec və almaz istehsalçısı Alrosa da daxil olmaqla Rusiyadan 41 təşkilat və 11 nəfərin “qara siyahı”ya salındığını açıqlayıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı sanksiyaların yeni siyahısını açıqlayıb. Siyahıda Rusiyanın “Almaz-Antey” müdafiə şirkəti və texnologiya nəhəngi “Rostec”in törəmə şirkətləri, təyyarə istehsalçıları İlyushin və Tupolev, almaz istehsalçısı “Alrosa” da daxil olmaqla 41 təşkilat və 11 vətəndaşın adı var. Bildirilib ki, Yaponiyada Rusiyanın təyyarə istehsalçıları “İlyuşin” və “Tupolev” şirkətləri də daxil olmaqla 9 təşkilata məxsus aktivlər dondurulub. 14 şirkətə Yaponiyadan ixrac qadağası qoyulub.

Rusiya Mərkəzi Seçki Komissiyasının da daxil olduğu yeni “qara siyahı”ya 11 nəfər, Rusiya şirkət və təşkilatlarının rəhbərləri daxil edilib. Bundan əlavə, Çin, Hindistan, BƏƏ, Özbəkistan və Qazaxıstandan olan 11 şirkətə Rusiyaya sanksiyalardan yayınmağa kömək etdiklərinə görə sanksiya tətbiq edilib. Yaponiya Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyata görə ümumilikdə 1070 Rusiya vətəndaşı və 847 şirkət və təşkilata qarşı sanksiya tətbiq edir.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
editor.az

2Mənbələr