AZ

Yaponiya Rusiyadan olan 41 təşkilata sanksiya tətbiq edəcək


Yaponiya Xarici İşlər Nazirliyi müdafiə şirkəti Almaz-Antey, texnologiya nəhəngi Rostec və almaz istehsalçısı Alrosa da daxil olmaqla Rusiyadan 41 təşkilat və 11 nəfərin "qara siyahı"ya salındığını açıqlayıb.

7NEWS.az xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı sanksiyaların yeni siyahısını açıqlayıb. Siyahıda Rusiyanın "Almaz-Antey” müdafiə şirkəti və texnologiya nəhəngi "Rostec”in törəmə şirkətləri, təyyarə istehsalçıları İlyushin və Tupolev, almaz istehsalçısı "Alrosa” da daxil olmaqla 41 təşkilat və 11 vətəndaşın adı var.

7NEWS.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
1
7news.az

2Mənbələr