AZ

Ukrayna dronları kütləvi şəkildə Rusiya ərazilərinə hücum ediblər

Ukrayna dronları kütləvi şəkildə Rusiya ərazilərinə hücum ediblər. Bu barədə Rusiya Müdafiə nazirliyinin yaydığı məlumatda deyilir. Qeyd edilir ki, Ukrayna dronlarından 114-ü hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Bununla belə dronların bir hissəsi təyin edilmiş hədəflərə zərbələr endirə biliblər.

Dronlar Krasnodarda qazanxanaya, Severski rayonunda isə neft emalı zavoduna zərbə endiriblər. Nəticədə yanğın baş verib, bir nəfər həlak olub, 4 nəfər yaralanıb.

Bundan əlavə Temryuk, Yeisk və Severski rayonlarına da pilotsuz təyyarələrin hücumu nəticəsində ciddi zərər dəyib, dağıntılar var.

Oxuməni.az

Seçilən
130
39
oxumeni.az

10Mənbələr