AZ

Qəbələyə qaçırılan 15 yaşlı qız ailəsinə qaytarıldı

Hacıqabuldan evlənmək məqsədilə qaçırılan 15 yaşlı qız ailəsinə qaytarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan Publika.az-a sorğusuna cavab olaraq bildirib ki, Hacıqabul RPŞ-nin keçirdiyi tədbirlərlə Meyniman kənd sakini, 2009-cu il təvəllüdlü qızın evlənmək məqsədilə digər rayona getdiyi məlum olub.

Bildirilib ki, polis əməkdaşları tərəfindən onun yeri müəyyən olunub və tapılaraq ailəsinə təhvil verilib. Hazırda Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Seçilən
86
12
publika.az

10Mənbələr