AZ

İş adamı Kaya Sabancı Bodrumda silahlı hücuma məruz qaldı

Türkiyəli iş adamı Kaya Sabancı Muğlanın Bodrum rayonunda silahlı hücuma məruz qalıb. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı iş adamı xəstəxanaya yerləşdirilib. 

Sabancının restoran açılışı zamanı sayt sahibinin mühafizəçiləri tərəfindən hücuma məruz qaldığı iddia edilir. Kaya Sabancının vəkili Ömər Reşat Kayran jurnalistlərə açıqlamasında Sabancının daha əvvəl sayt sahibi ilə ədavət yaşadığını və hadisənin bu səbəbdən baş verdiyini deyib. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
50
unikal.az

10Mənbələr